Almaniyanın "Borussiya" (Dortmund) klubu bundesliqada "Bavariya" ilə vacib matçöncəsi ciddi itkilərlə üzləşib. Futbolinfo.az xəbər verir ki, komandanın iki futbolçusu – Mats Hummels və Marsel Şmeltser sıradan çıxıb.
Hər iki oyunçu Almaniya yığmasının İngiltərə ilə keçirdiyi yoldaşlıq matçında zədələnib. Hummelsin yanvarın ortasına qədər, Şmeltserin isə 3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, "Borussiya" – "Bavariya" matçı noyabrın 23-ü baş tutacaq.





