"Milan"ın baş məşqçi postuna namizədlər arasında daha bir mütəxəssisin adı daxil olub. Futbolinfo.az xəbər verir ki, "rossenyerlər"in maraqlandığı çalışdırıcılar arasında "Fiorentina"nın baş məşqçisi Vinçentso Montella da var.
39 yaşlı məşqçi ilə yanaşı, sabiq "Milan"lılar – Filippo İnzaqi və Klarens Zeedorf, eləcə də İtaliya yığmasının baş məşqçisi Çezare Prandelli də rəhbərliyin namizədləri arasındadı.
İtaliya mətbuatı isə iddia edir ki, adıçəkilən 4 nəfərdən favorit Zeedorfdu. Çünki "Milan"ın sahibi Silvio Berluskoni Alleqrinin postunda məhz Hollandiya yığmasının sabiq üzvünü görmək istəyir.





