Madrid “Real”ının ulduz futbolçusu Kriştianu Ronaldo özü üçün muzey tikdirir. Futbolinfo.az xəbər verir ki, bu barədə təcrübəli futbolçunun ailəsi Portuqaliya mətbuatına açıqlamasında danışıb.
Hazırda təcrübəli yarımmüdafiəçinin doğulub böyüdüyü Madeyra adasında inşası davam edən muzeyin növbəti ilin əvvəllərində açılacağı gözlənilir.
Qeyd edək ki, binanın bütün xərclərini Ronaldo özü qarşılayır.





