"Beşiktaş" Ronaldinyonun transferi üçün rəsmi təmaslara başlayıb. Futbolinfo.az xəbər verir ki, İstanbul klubunun iki meneceri – Ayhan Yeşilbaş və Furkan Şenol Braziliyaya yollanıblar.
 
Türkiyə mətbuatının verdiyi xəbərə görə, onlar mövsümün sonunda "Atletiko Mineyro" ilə müqaviləsi başa çatacaq 33 yaşlı ulduz futbolçuyla görüşüb, klubun təkliflərini bildirəcəklər.
 
"Beşiktaş" Ronaldinyoya illik 3 milyon avro və hər oyuna 25 min avro təklif edəcək. Bundan əlavə, əgər komanda Çempionlar Liqasına qatılarsa 1 milyon avro, Avrop Liqasına düşərsə, “sambaçı” 500 min avro qazanacaq.
Shares: