İtaliyanın “İnter” (Milan) klubunun ev oyunları üçün yeni stadion inşa edilə bilər. Futbolinfo.az xəbər verir ki, komandanın sabiq prezidenti Massimo Moratti yeni prezident Erik Toxirin bu proyektə müsbət baxdığını qeyd edib:
 
“Biz Toxirlə yeni stadionun inşası barədə müzakirələr etmişik. O, bu layihənin gerçəkləşməsinə müsbət baxır. Yaxın günlərdə biz yenidən bu haqda onunla danışacağıq”.
 
Xatırladaq ki, komandanın hazırki stadionu 1925-ci ildə inşa edilən “Cezeppe Meatsa” stadionudu. Hansı ki, digər adı da "San Siro" olan arena "Milan"ın da ev oyunlarına sahiblik edir.
Shares: