FİFA-nın "Qızıl top" mükafatının səsvermə vaxtını uzatması “Barselona” tərəfindən narazılıqla qarşılanıb. Futbolinfo.az xəbər verir ki, Kataloniya mətbuat orqanları bu qərarı "Barselona"nın hücumçusu Lionel Messiyə qarşı bir addım olduğunu yazıb.
 
Onlar FİFA-nın səsvermənin vaxtını uzatmaqla Kriştianu Ronaldonun bu mükafatı qazanmasına şərait yaratdığını iddia edirlər.
 
Qeyd edək ki, bu mükafat üçün əvvəlcə səsvermənin noyabrın 15-də başa çatacağı açıqlanmışdı. Ancaq sonradan FİFA bunu noyabrın 29-a qədər uzadıb və daha öncə səsverənlərə öz seçimlərində dəyişiklik etmək üçün icazə verilib.
 
Messinin noyabrın 10-da zədələnməsi isə səsvermədə onun əleyhinə fikir formalaşdıra bilər.
Shares: