"Barselona"da daha bir futbolçu sıradan çıxıb. Futbolinfo.az xəbər verir ki, braziliyalı oyunçu Daniel Alveş məşq zamanı zədələnib.
Onun bir həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Artıq Alveşin müalicəsinə də başlanıb.
Bununla da "Barsa"da zədəli futbolçuların sayı 4-ə yüksəlib. Bundan əvvəl Lionel Messi, Xordi Alba və Viktor Valdes zədələnmişdi.





