“Qalatasaray”ın baş məşqçisi Roberto Mançini komandasının Çempionlar Liqasındakı şanslarını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, italyan mütəxəssis UEFA-nın saytına açıqlamasında “Cim-Bom”un 1/8 finala çıxmaq şanslarının yüksək olduğunu bildirib:
"Çempionlar Liqasında zəif rəqib olmur. Bizim qrupda komandaların hamısı güclüdü. Bununla belə biz qrupdan çıxıb, irəliləyə bilərik. 16 komanda arasına düşəcəyimizə inanıram. Çox yaxşı heyətimiz var. Madriddə “Real”la oyunda yaxşı nəticəyə ümid edirəm. Futbolda bir deyim var: əvvəldən heç nə demə”.
Mançini "Qalatasaray"ın sabiq baş məşqçisi, hazırda Türkiyə millisinə rəhbərlik edən Fatih Terimi də tərif yağışına tutub: “Terim yaşayan əfsanədi. Ona hörmətim böyükdü. Fatih Terim Avropanın ən yaxşı mütəxəssislərindən biridi. Ona Türkiyə millisində uğurlar arzu edirəm”.





