Bu gün keçirilən Topaz Premyer Liqasının 14-cü turunun "Bakı" – "Xəzər Lənkəran" matçından sonra qalmaqal yaşanıb. Futbolinfo.az xəbər verir ki, qarşılaşma başa çatdıqdan sonra cənublu azarkeşlər komanda üzvlərinə hücum çəkiblər.
 
"Bakı"nın bazasını tərk etmək istəyən məşqçilər heyətini və futbolçuları aparan avtobuslara hücum çəkən bir qrup azarkeşinin qarşısını "Xəzər Lənkəran"ın təhlükəsizlik xidmətinin əməkdaşları kəsiblər. Onlar həmin fanatları döyməkdən də çəkinməyiblər. Azarkeşlər isə etirazı yola uzanaraq bildirib.
 
Komanda üzvlərini daşıyan avtobus vəziyyəti belə görüb bazanın arxa qapısından çıxıb. 
Shares: