"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş AZAL-la oyunda (1:0) komanda yoldaşı Lorenso Ebesilioya qarşı qeyri-etik ifadələr işlədən müdafiəçi Elnur Allahverdiyevin bu hərəkətinə münasibət bildirib. Futbolinfo.az saytının əməkdaşının bu məsələ ilə bağlı sualına rusiyalı mütəxəssisin reaksiyası belə olub:
"Elnur düzgün insan, yaxşı futbolçudu. Ona bizim heç bir iradımız yoxdu. Əslində mənim sakit insanlardan xoşum gəlmir. Lakin futbol oyunları zamanı mübahisə varsa, deməli həmin komandada canlanma var. Bunlar yaxşı nəticə üçün olunan mübahisələrdi. Yəni sırf emosionallıqdan irəli gəlir. Ciddi bir şey olsaydı, oyundan sonra da dalaşardılar. Amma belə bir şey yoxdu".
Shares: