"Bakı"nın yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Xəzər Lənkəran"la görüşdə komandasının uğuruna kənardan şahidlik etdi. Zədədən əziyyət çəkən futbolçu futbolinfo.az saytına açıqlamasında komandasının 3:0 hesablı qələbəsini belə şərh edib:
"Bu gün komanda çox yaxşı oynadı. Səviyyəli oyun göstərdik. Qələbə qazandıq və yavaş-yavaş irəli gedirik. Bu oyun bizim üçün vacib idi. Qarşıda bizi çətin oyunlar gözləyir. Ümid edirəm ki, növbəti oyunlar da bizim üçün yaxşı olar".
Əfran zədəsindən də danışıb: "Zədəm artıq sağalmaq üzrədi. İnşallah, bu həftədən sonra komandayla bir araya gələcəm və komandama kömək edəcəm".





