"Bakı"nın hücumçusu Rauf Əliyev Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Xəzər Lənkəran"la oyundan sonra fikirlərini açıqlayıb. 3:0 hesabıyla qalib gələn "zolaqlılar"ın forvardı futbolinfo.az saytına açıqlamasında bunları bildirib:
 
"Maraqlı oyun oldu. Gözləmədiyimiz halda böyük hesabla qalib gəldik. Mənə elə gəlir ki, belə oyunlarda birinci qolu vuran qələbə qazanır və bunu da biz etdik. Bu da onu göstərir ki, "Xəzər Lənkəran"da çatışmazlıqlar var. Bizim vuruduğumuz birinci qoldan sonra demək olar ki, rəqib sındı. Sevinirəm ki, qələbə qazandıq".
Shares: