AZAL-ın müdafiəçisi Ruslan Tağızadə Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilmiş "Qəbələ" ilə oyun haqda danışıb. Futbolinfo.az saytına müsahibəsində o, minimal hesabla uduzduqları görüşü belə şərh edib:
"Qəbələ" çempionluğa oynayan komandadı. Bizi burada çətin oyun gözlədiyini bilirdik. Oyuna ciddi hazırlaşmışdıq. Əlimizə yaxşı qol imkanları düşdü. Amma onları dəyərləndirə bilmədik. "Qəbələ" kimi komandaya qarşı əlinə düşən şanslardan istifadə edə bilmirsənsə, məğlubiyyətdən qaçmaq çətindi. Onlar bu gün daha yaxşı oynadı və qələbə qazandı. Rəqibi qələbə münasibətilə təbrik edirəm".
Tağızadə növbəti turda qarşılaşacaqları "Xəzər Lənkəran"la oyun haqda da fikirlərini bizimlə bölüşdü: "Xəzər Lənkəran" da bu tur məğlub oldu. Onlar da bizim kimi, bir neçə turdu qələbə qazana bilmir. Bunun üçün qələbə qazanmağa çalışacaqlar. Ancaq biz qələbə qazanmağı onlardan daha çox istəyirik. Çalışacağıq ki, səfərdən 3 xalla qayıdaq".





