Liverpul Universiteti və FMMİ şirkətinin əməkdaşlığı çərçivəsində eyniadlı şəhərdə Futbol İdarəçiliyi Təlim Proqramı üzrə növbəti seminar keçirilib. Futbolinfo.az xəbər verir ki, seminarda AFFA-nın baş katibi Elxan Məmmədov, “Sumqayıt” klubunun prezidenti Kamran Quliyev və “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov iştirak edib.
 
Sözügedən təlimə niyə digər klub nümayəndələrinin də yox, məhz bu üç şəxsin qatılması maraq doğururdu. Bu üzdən məsələni araşdırmağa çalışdıq. Məlum oldu ki, bu təlimin ilk mərhələsi Bakıda, AFFA-nın binasında keçirilib. Həmin vaxt seminarda digər klubların rəsmiləri və AFFA-nın başqa nümayəndələri də iştirak edib. Lakin həmin təlimlərdə yalnız Tuyqun Nadirov, Kamran Quliyev və Elxan Məmmədov özünü göstərə bilib. Onlar ilkin mərhələlərdən uğurla keçdiklərinə görə, 3-cü mərhələdə də iştirak etmək şansı qazanıblar.
Shares: