Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçiriıən "İnter" – "Neftci" oyununu izləyənlər arasında işsiz mütəxəssis Ağasəlim Mircavadov da var. Futbolinfo.az saytının əməkdaşı təcrübəli məşqçidən bəzi məsələlərlə bağlı fikir öyrənməyə çalışsa da, o, söhbətdən qaçıb.
 
Con Toşakın istefasından sonra üçüncü dəfə "Xəzər Lənkəran"a qayıtması gündəmdə olan Mircavadovun imtinası çox güman ki, cənub klubu ilə bağlı suallardan yayınmaq üçün əməkdaşımızla söhbətləşmək istəməyib:

"Hava günəşli idi. Ona görə "İnter" – "Neftçi" matçını stadiondan izləməyə qərar verdim. İndi müsahibə vermək istəmirəm".

Shares: