Bu gün futbol üzrə Azərbaycan 1-ci Divizionunun 11-ci turu çərçivəsində "Qaradağ Lökbatan" öz meydanında "Neftçala" ilə qarşılaşır. Futbolinfo.az xəbər verir ki, Lökbatan qəsəbə Olimpiya İdman Kompleksinin stadionunda keçirilən və bu dəqiqələrdə ilk hissəsi oynanılan qarşılaşmada hələlik qonaq komanda 1:0 hesabıyla öndədi.
Məhz neftçalalıların hesabı açmasından sonra "Qaradağ Lökbatan"ın düşərgəsində maraqlı hadisə yaşanıb. Belə ki, komandanın baş məşqçisi Adil Mahmudov öz köməkçisini texniki zonadan qovub (!). Soyadını dəqiqləşdirə bilmədiyimiz Nasim adlı məşqçi kənardan tez-tez hakimlərə, futbolçulara iradlarını bildirib. Lakin görünür onun bu hərəkətləri baş məşqçinin xoşuna gəlməyib və bu üzdən köməkçisinin texniki zonadan uzaqlaşmasını istəyib.





