Şəkildə gördüyünüz “Kəpəz”in gənc üzvü Kamran Babayevdi. Futbolinfo.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi komandasının aparıcı simalarındandı.
 
Amma o, artıq ulduz xəstəliyinə tutulub. Ötən il əvəzedici heyətdə çıxış edərkən Vaqif Sadıqovun diqqətini cəlb edən Babayev o gün – bu gün özünü böyük futbolçu hesab edir. Gəncə klubunun hazırda böhranlı günlərini yaşamasına baxmayaraq bu, deyəsən, Kamranı narahat etmir.
 
Belə ki, o, “Kəpəz”in uğursuz seriyasının əsasını qoyan “Karvan”la oyundan sonra əyləncə mərkəzlərindən birində keçirilən “Party for Ganca” adlı disko-gecəyə qonaq olub. Özü də gördüyünüz kimi, oyun meydanına fərq qoymayan Babayevin məğlubiyyət vecinə də deyil, öz kefindədi.
 
Yarımmüdafiəçinin daha bir “sevimli” məşğuliyyəti qəlyan çəkməkdi.
Shares: