Qətərdə stadion tikintisində fəhlələrin amansızca işlədilməsi siyasi müstəviyə daşınıb.  Futbolinfo.az xəbər verir ki, Avropa Parlamenti bu haqda açıqlama yayıb. Qurum DÇ-2020-nin keçiriləcəyi stadionlarda çalışanların qul kimi işlədilməsinə son qoyulmasını tələb edib.
 
Avropa Parlamenti Qətər və FIFA-ya göndərdiyi mesajda tikintidə çalışan 500 mindən artıq miqrantın təhlükəli şərtlər altında, normadan artıq işlədiyi bildirilib və maaşlarının aylardı ödənmədiyi qeyd olunub. Hətta həmin işçitlərin pasportları da əllərindən alınıb.
Avropa Parlamenti iş şəraitinin yaxşılaşdırılması öyönündə çağrışlar etdiklərini, gələn il Qətərə xüsusi heyət göndərəcəklərini bildirib.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Əfv Təşkilatı və bir çox insan hüquqları təşkilatı Qətərdəki vəziyyətlə bağlı bəyanat yayaraq FIFA-nı təcili tədbirlər görməyə çağırmışdılar.
Shares: