“Milan”ın və İtaliya millisinin hücumçusu Mario Balotelli növbəti qalmaqala start verib. Futbolinfo.az xəbər verir ki, “dəcəl” qolçu bu dəfə yığmadakı təcrübəli komanda yoldaşı Andrea Pirloya söz atıb.
Mario bildirib ki, o cərimə zərbələrini Pirlodan daha yaxşı yerinə yetirir: "Dünyanın ən yaxşı cərimə zərbəsi yerinə yetirən oyunçusu mənəm. Milli komandadakı cərimə zərbələrini isə Pirloya olan hörmətindən ötəri verirəm. Əslində o zərbələri mən yerinə yetirsem qapıçıları da qapıdan keçirərəm".





