"Neftçi"nin keçmiş məşqçisi Tərlan Əhmədov "Xəzər Lənkəran" haqda fikirlərini bildirib. Futbolinfo.az saytına açıqlamasında gənc mütəxəssis bunları dilə gətirib:
 
"Komandanın rəhbərliyi var. Onlar da "Xəzər Lənkəran"ın uğurları üçün çalışır. Bu il yaxşı transferlər etdilər. Dünya səviyyəsində tanınmış bir məşqçi dəvət edirlər komandaya. Amma bu, futboldu. Uzun illər futbolda hegemonluq edən bir klub elə olur ki, birdən-birə uğursuzluğa düçar olur. Bu, faciə deyil. Bu il olmasa da, gələn il komanda qurulacaq. Hər halda regionlarda komanda qurmaq çətindi. Legionerlər şəhərdə rahat olur, burada həyat başqadı. Amma bölgədə belə şeylər demək olar ki, azdı".
 
Bundan başqa Əhmədov cənubluların yeni transferi Mustafa Dənizlidən də danışıb: "Dənizli Türkiyədə tanınmış mütəxəssisdi. Yəqin, onun da komandaya xeyri dəyər. Hər halda rəhbərlik bu seçimi edibsə, demək olar ki, bu düzgün seçimdi".
Shares: