Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 14-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
“Qəbələ” – AZAL oyunun 33-cü dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Bakı” – “Xəzər Lənkəran” matçı başa çatdıqdan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak oyunsonrası keçirilən mətbuat konfransında iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunub.





