Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 14-cü turunun qalmaqallı "İnter" – "Neftçi" oyunu ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
“İnter” – “Neftçi” matçında “Neftçi”nin 4, “İnter”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub.
Oyununun 63-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Flavinyo aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra “Neftçi”nin futbolçusu Denis Silva Kruzun “İnter”in futbolçusu Meza Kolli Derlisə qarşı aqressiv hərəkətinə görə 3 oyunluq cəzalanıb, klubu 3000 manat cərimə olunub.
İK hakimlər və bu oyuna təyinat alan digər şəxslərlə də bağlı qərar çıxarıb. Belə ki, hakimlərin idarəçiliyinə Hakimlər Komitəsində, Hakim-inspektor və AFFA nümayəndəsinin matçda fəaliyyətinə Hakim-inspektorlar Komitəsində baxılması və İntizam Komitəsinə məlumat verilməsi tələb olunub.





