Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci Divizionun 11-ci turunun oyunları ilə bağlı aşağıdakı aşağıdakı qərarlar çıxarılıb.
 
“Araz Naxçıvan” – “Şuşa” matçında “Araz Naxçıvan”ın 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
 
“Turan-T” – “Ağsu” matçının 75-ci dəqiqəsində “Ağsu”nun futbolçusu Fariz Ramazanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində “Ağsu”nun futbolçusu Azər Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
 
“Karvan” – “Bakılı” matçında “Karvan”ın 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində “Karvan”ın futbolçusu Əziz Hüseynovla “Bakılı”nın futbolçusu Comərd Baxşəliyev biri-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 3 oyunluq cəzalanıb, klublar 200 manat cərimə olunub.
 
“Qaradağ Lökbatan” – “Neftçala” matçının 55-ci dəqiqəsində “Neftçala”nın futbolçusu Qasan Qasanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Matçın 80-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın məşqçisi Nasim Əhmədov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 90+5-ci dəqiqəsində “Neftçala”nın futbolçusu Nakim Vəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.

 

Shares: