2014-cü il yanvarın 3-dən 12-ə qədər Rusiyanın Sankt-Peterburq şəhərində 1996-cı il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığma komandalar arasında keçiriləcək FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirə turnirinin qrup mərhələsində Azərbaycan yığmasının oyunlarının təqvimi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, komandamız bu turnirdə Yunanıstan, Çexiya və Yaponiya ilə qarşılaşacaq.
 
Qrupdakı oyunlarımızın təqvimi isə belədi:
 
4 yanvar, saat 14:15
Yunanıstan – Azərbaycan
 
6 yanvar, saat 12:00
Azərbaycan – Çexiya
 
8 yanvar, saat 12:00
Yaponiya – Azərbaycan
Shares: