"Bavariya"nın futbolçusu Mario Mandzukiç Çempionlar Liqasının qrup mərhələsində baş tutacaq növbəti matçda forma geyə bilməyəcək. Mandzukiçin ayaq əzələsində problem olduğu üçün bu qarşılaşmanı buraxmalı olacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə klub rəsmi tvitter səhifəsindən məlumat verilib. ÇSKA ilə görüş zamanı Xosep Qvardiolanın mərkəz hücumçusu mövqeyində Tomas Mülleri oynadacağı gözlənilir.
Qeyd edək ki, ÇSKA – "Bavariya" matçı sabah keçiriləcək.





