Tanınmış türkiyəli teleaparıcı Acun Ilıcalı TV8-i aldıqdan sonra sürpriz layihələrlə gündəmə gəlmək istəyir. "Kanalımda futbola hər zaman yer var" deyən aparıcı TV8-də yeni futbol verilişi açacaq.
Futbolinfo.az xəbər verir ki, proqrama aparıcılıq etmək üçün "Fənərbaxça"nın əfsanəvi futbolçusu Aleks de Souzanın Türkiyəyə dəvət olunması gündəmdədi.
Qatı bir “Fənər” azarkeşi olan Ilıcalı hazırda Braziliyada top qovan Alekslə danışıqlar aparır.





