"Real" (Madrid) klubunun qapıçısı İker Kasilyas qışda komandasını dəyişə bilər. Futbolinfo.az xəbər verir ki, İspaniya mətbuatında bu haqda informasiyalar yayılıb.
Təcrübəli qapıçının İngiltərə premier-liqasında forma geyinəcəyi iddia olunur.
Belə ki, "Mançester Siti" Kasilyasın xidmətində maraqlıdı. "Real"ın əsas heyətindən kənarda qalan 32 yaşlı qolkiperin də "Mançester Siti"nin təklifini müsbət qarşıladığı bildirilir.





