"Tottenhem" rəhbərliyi baş məşqçi Andre Villaş-Boaşla yolları ayıra bilər. Futbolinfo.az xəbər verir ki, İngiltərə mətbuatı buna səbəb kimi komandanın Premyer Liqanın son turunda "Mançester Siti"yə 0:6 hesabı ilə məğlub olmasını göstərir.
 
Nəticə klub rəhbərliyi tərəfindən narazılıqla qarşılanıb. Bundan başqa, portuqaliyalı mütəxəssisin qarşılaşmadan sonra futbolçularına "onlar utanmalıdılar" ifadəsini səsləndirməsi oyunçuların da əhvalının pozulmasına səbəb olub.
 
Villaş-Boaşın postundan göndərilməsinin "Tottenhem"in bazar günü "Mançester Yunayted"lə keçirəcəyi oyunun nəticəsindən asılı olduğu bildirilir.
Shares: