"Bavariya"nın fransız yqrımmüdafiəçisi Frank Riberi FİFA-nın ilin ən yaxşı futbolçusuna verdiyi “Qızıl Top” mükafatını qazanmaq yolunda ən böyük rəqibi Kriştianu Ronaldodan çəkinmədiyini deyib. Futbolinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu əlindən gələni etdiyini və özünə inandığını bildirib:
"Çəkinmirəm, özümə inanıram. Etməli olduğum hər şeyi etmişəm. Düzdü, Ronaldo bir-çox qol vurub, amma mən də vurmuşam. Məndən çox qol vursa da üslublarımız fərqlidi. İl ərzində oynadığım futbola nəzər salsaz, fərqləndiyimi görərsiz".





