Azərbaycan 1-ci Divizionunda çıxış edən "Qaradağ Lökbatan" ötən gün yoldaşlıq oyununda qüvvəsini sınayıb. Futbolinfo.az xəbər verir ki, Lökbatan təmsilçisi 19 yaşlardan ibarət yığmamızla üz-üzə gəlib.
 
Qarşılıqlı hücumlar şəraitində keçən matçda qalib müəyyənləşməyib. 90 dəqiqənin sonunda komandalar hərəyə bir dəfə fərqlənib – 1:1. "Qaradağ Lökbatan"ın heyətində 17 yaşlı Əhməd Tağıyev adını tabloya yazdırıb.
Shares: