Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov hələ ki, “Rubin”in əsas heyəti ilə məşqlərdə iştirak edə bilmir. Futbolinfo.az xəbər verir ki, Bişkekdə Qırğızıstan yığmasına qarşı keçirilmiş oyun ərəfəsindəki məşq zamanı ayağını zədələmiş müdafiəçinin ağrıları səngimək bilmir.
Bu səbəbdən Abışovun Avropa Liqasının 5-ci turunda Sloveniyanın “Maribor” klubuna qarşı forma geyəcəyi məlum deyil. Baxmayaraq ki, kazanlıların baş məşqçisi Kurban Berdıyev Abışovu ilk dəqiqələrdən meydana buraxmaq istəyir.





