Birinci divizionda əksər klubların, o cümlədən qərb təmsilçilərindən "Turan-T", "Şəmkir" və "Kəpəz"in AFFA tərəfindən maliyyələşdiyi məlum məsələdi. Amma qəribədi ki, adları çəkilən komandalar eyni qurumdan pul alsalar da, qiymətli "kağızlar"ayrı-ayrı vaxtlarda klubların hesabına keçirilir.
 
Bunun nəticəsidi ki, oktyabr ayının maaşlarını "Şəmkir"in üzvləri hamıdan tez – noyabrın 3-də alıblar. Futbolinfo.az xəbər verir ki, "Kəpəz"lilər ayın 22-də sevindikləri halda, Tovuz təmsilçisinin yalnız iki gün öncə üzü gülüb.
 
Elə tovuzlularda bundan şikayətlidilər. Onlar eyni yerdən maliyyələşən və bir-birinə qonşu olan komandalarla müqayisə də pullarını gec almalarından və buna səbəb olan ögey münasibətdən narazıdılar.
 
Qeyd edək ki, bir müddət öncə "Turan-T" futbolçularının oyunları baykot etməsinə də məhz bu amil səbəb olmuşdu. "Şəmkir" və "Kəpəz"li həmkarlarının maaş aldığını öyrənən oyunçular öz aylıqların yudadılmasına bu yolla etiraz etmişdilər.
Shares: