PSJ-nin futbolçusu Zlatan İbrahimoviç daha bir mükafata layiq görülə bilər. Xeyr, bu dəfə idman sahəsində yox, ədəbiyyat sahəsində. Futbolinfo.az xəbər verir ki, isveçli forvardın “Mən Zlatan İbrahimoviç" adlı avtobioqrafiyası ilin ən yaxşı idman kitabı mükafatına namizədlərdən olub.
 
Onun bu mükafatı qazanmaq şanslarının yüksək olduğu bildirilir.
 
Qeyd edək ki, ilin ən yaxşı idman kitabının qalibinin adı bu axşam açıqlanacaq.
Shares: