Almaniyanın "Bavariya" (Münhen) klubunun yarımmüdafiəçisi Bastian Şvaynştayger sağ ayağından 2-ci dəfə əməliyyat ediləcək. Futbolinfo.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Almaniya yığmasının təcrübəli futbolçusu ötən mövsümün sonunda əməliyyat olunmasına baxmayaraq, zədədən tam qurtula bilmədiyi üçün təkrar cərrah stoluna uzanmalı olacaq. Klubun həkimi Hans Vilhelm Müller Vohlfart futbolçunun ayaq biləyində "əməliyyat sonrası sümükləşmə"nin artdığını ifadə edib. Bu üzdən də alman futbolçunun təkrar əməliyyatının qaçılmaz olduğu vurgulanıb.
29 yaşlı futbolçunun yaşıl meydanlardan nə qədər uzağ qalacağı hələlik bilinmir.





