AFFA-nın Gəncədə saldığı süni örtüklü meydançalarından biri sökülüb. Bu barədə saytımızın qaynar xətti ilə əlaqə saxlayan yerli sakinlərdən biri xəbər verib.
Övladının həmin meydançada məşq etdiyini bildirən valideyn stadionun sökülməsi ilə orada hazırlıq prosesi keçən məşq bölmələrinin işində fasilənin yarandığını bildirib.
Əldə etdiyimiz məlumata görə, hazırda Nizami yurdunda Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti olan "Dinamo"da söküntü işləri aparılır. Cəmiyyətin şəhərin mərkəzindən başqa əraziyə köçürülməsi həyata keçirilir. Bu səbəbdən də iki il öncə idman ocağında federasiya tərəfindən salınan stadion fəaliyyətini dayandırıb. Stadionun əvvəlcə
hasarları, daha sonra isə öt örtüyü sökülüb.
Meydançanın harada quraşdırılacağı məlum deyil.
Qeyd edək ki, bu meydandan polis işçiləri ilə yanaşı, Uşaq Gənclər İdman Məktəbləri də
yararlanıb.





