PSJ-nin forvardı Zlatan İbrahimoviç özünü dünyanın ən yaxşı futbolçusu sayır. Futbolinfo.az xəbər verir ki, isveçli hücumçu “Qızıl Top”la bağlı sualları cavablandırarkən belə deyib:
“Yaxşı olduğumu bilmək üçün mükafat almağıma ehtiyac yoxdu. Bu səbəbdən "Qızıl top" məni maraqlandırmır".
Qeyd edək ki, "Qızıl Top"a namizədlərdən olan İbra dünən Çempionlar Liqasında "Olimpiakos"la matçda rəqib qapısında top keçirməklə bu mövsüm ÇL-in qrup mərhələsindəki qollarının sayını 8-ə yüksəldib və Kriştianu Ronaldonun bombardirliyinə şərik olub. Bununla o, həm də PSJ tarixində ÇL-də ən çox fərqlənən oyunçu olub.





