Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan və Türkiyə yığma komandaları arasında növbəti yoldaşlıq oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, "Bayıl Arena"da keçirilən qarşılaşma millimizin məğlubiyyəti ilə başa çatıb.
 
87-ci dəqiqədə türklərin vurduğu qol rəqib komandanın qələbəsi üçün yetərli olub – 1:0.
 
Xatırladaq ki, bu komandalar noyabrın 26-da da qarşılaşmışdı və oyun 1:1 hesabı ilə başa çatmışdı.
Shares: