Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Olimpiakos”a qarşı oyun PSJ-nin hücumçusu Zlatan İbrahimoviç üçün 100-cü olub. Futbolinfo.az xəbər verir ki, isveçli futbolçu indiyə qədər 6 müxtəlif klubun heyətində turnirdə çıxış edib.
 
Daha əvvəl İbrahimoviç “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona” və “Milan” forması ilə bu turnirdə top qovub.
 
Qeyd edək ki, mötəbər yarışda keçirdiyi oyunların sayına görə rekordçu Raul Qonsalesdi. “Real”  (Madrid) və “Şalke”nin təcrübəli forvardı 142 ÇL matçında meydana çıxıb.
Shares: