“Bazel”in baş məşqçisi Murat Yakın komandasına oynatdığı inamlı futbolla dünya nəhənglərinin diqqətini çəkməyə davam edir. Futbolinfo.az xəbər verir ki, artıq bir neçə güclü komandanın türk əsilli çalışdırıcı ilə maraqlandığı iddia olunur.
 
Bunlardan biri də İtaliya çempionatında yaxşı günlər keçirməyən “Latsio”du. Belə ki, Vladimir Petkoviçdən narazı olan rəhbərlik mövsümün sonunda onu Yakınla əvəzləmək istəyir.
Shares: