"Palmali" Şirkətlər qrupunun prezidenti, "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov qardaş Türkiyədə gündəmdən düşmür. Futbolinfo.az xəbər verir ki, bir neçə gün bundan öncə tanınmış türkiyəli məşqçi Mustafa Dənizlini komandasının başına gətirmək üçün razı salan Mənsimov bu dəfə başqa bir uğuru ilə diqqət mərkəzinə düşüb.
Belə ki, həmyerlimiz son illərdə etdiyi investisiyalara görə ilin ən təşəbbüskar iş adamı seçilib. Müxtəlif kateqoriyalar üzrə ən yaxşılara təqdim olunan "GQ Men of the Year" mükafatını alanlar arasında Mənsimov da olacaq.
Maraq üçün bildirək ki, "GQ Men of the Year" tərəfindən ilin idmançısı Fil Dişi Sahili və "Qalatasaray"ın hüçumçusu Didye Droqba seçilib. Qaliblər dekabrın 11-də “Four Seasons Bosphorus” otelində mükafatlarına qovuşacaqlar.
İlin təşəbbüskarı – Mübariz Mənsimov
İlin aktyoru – Kenan İmirzalıoğlu
İlin idmançısı – Didye Droqba
İlin qeyri-adi uğuru – Ahmet Akgiray
İlin prodüseri – Kerem Çatay
İlin rejisoru – Yılmaz Erdoğan
İlin stil sahibi kişisi – Murat Türkili
İlin aşbazları – Üryan Doğmuş-Cihan Kıpçak
İlin müsiqiçisi – Mabel Matis
Xüsusi mükafat – Kenzo Takada





