Futbol tarixinin gəlmiş-keçmiş ən yaxşılarından biri olan Dieqo Maradona Birləşmiş Ərəb Əmirliklərinin müstəqillik günündə iştirak edib. Futbolinfo.az xəbər verir ki, o, bu ölkəyə dövlət rəhbərliyinin dəvəti ilə gedib.
Son olaraq Dubayın "Əl Vasl" klubunu çalışdıran argentinalı tədbirə elə ərəblərin milli geyimində çıxıb.
1971-ci ildə müstəqilliyini elan edən Birləşmiş Ərəb Əmirliklərinin milli bayramında Maradona ilə yanaşı, məşhur fransalı futbolçu Tyerri Anri də iştirak edib. O da Dieqo kimi tədbirə ərəb qiyafəsi ilə çıxıb.





