Məşq zamanı  zədə alan və dizində menisk yırtığı əmələ gələn "Qəbələ"nin futbolçusu Omar Kalaban İstanbulda – "Acıbadem" Fulya Xəstəxanasında əməliyyat olunub. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, travmotoloq-cərrah professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Futbolçu sabah ölkəmizə dönəcək.
 
Omarın 3 həftə sonra yaşıl meydanlara dönməsi gözlənilir.
Shares: