Qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının tarixində daha çox forma geyən simvolik komandanın üzvlərinin adı açıqlanıb. Futbolinfo.az xəbər verir ki, turnirdə ən çox iştirak edən oyunçu "Real"ın (Madrid) keçmiş hücumçusu Raul Qonzalesdi (142 oyun).
 
"Mançester Yunayted"dən Rayan Gigqz ondan 4 oyun geri qalır. "Barselona"nın ulduzu Xavi Hernandes isə indiyə kimi 136 oyunda top qovub. Hazırda bu turnirdə "Mançester Yunayted" və "Barselona" mübarizəni davam etdirdiyi üçün bu iki futbolçudan birinin qarşıdakı vaxtlarda zirvəyə yüksələcəyi gözlənilir.
 
Simvolik yığmanı təqdim edirik.
 
Qapıçı: İker Kasilyas (132)
 
Müdafiəçilər: Karles Puyol (115), Qari Nevill (109), Paolo Maldini (109),Roberto Karlos (120 oyun)
 
Yarımmüdafiəçilər: Klarens Zeedorf (125 oyun), Xavi (136 oyun), Pol Skoulz (124 oyun), Rayan Giggz (138 oyun)
 
Hücumçular: Tyerri Anri (111), Raul Qonzales (142).
Shares: