Bu gün Topaz Premyer Liqasının 15-ci turuna yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, turun son oyun günündə 4 qarşılaşma baş tutacaq.
Bu qarşılaşmaların biri paytaxtda, digərləri isə bölgələrdə keçiriləcək. Bakıda keçirilən oyundan fərqli olaraq, digər üç oyun eyni saatda start götürəcək.
Günün ilk oyunu Bakıda baş tutacaq. Paytaxtın eyni adlı komandası doğma meydanda "İnter"i sınağa çəkəcək. Milinko Pantiçin komandası ötən tur evdə qazanılan "Xəzər Lənkəran" (3:0) qalibiyyətindən sonra yenə öz azarkeşlərini sevindirmək üçün çalışacaq. Komandanın heyətində itkilərin olmaması buna münbit şərait yaradır. Lakin digər Bakı təmsilçisi "İnter"də də yüksək əhval-ruhiyyə hökm sürür. 14-cü turda son çempion "Neftçi"ni əzmkarlıqla "yıxan" Kaxaber Sxadadzenin yetirmələri səfərdən 3 xalla dönməyə çalışacaq. Cütlüyün "Şəfa" stadionunda keçirilən ilk qarşılaşması 2:2 hesabı ilə başa çatmışdı.
Növbəti oyun Sumqayıtda baş tutacaq. "Sumqayıt" öz meydanında "Neftçi"ni qonaq edəcək. "Gənclik şəhəri" heyətlə bağlı ciddi problemlərlə üzləşib. Belə ki, Aqil Məmmədov bugünkü oyunda 4 futbolçusu – Kərim Diniyev, Slavik Alxasov, Elşən Abdullayev və Ruslan Qurbanovun xidmətindən yararlana bilməyəcək. Buna səbəb isə adıçəkilən topçuların "Neftçi"yə aid olmasıdı. Son turda "Simurq"a (0:1) məğlub olan "kimyaçılar" bu oyunun nəticəsindən asılı olaraq, vəziyyətini dəyişəcək. Ev oyununda qələbə "Sumqayıt"a uğursuzluq zolağından çıxmağa kömək edə bilər. "Neftçi"də isə əhval-ruhiyyənin yüksək olduğunu demək olmaz. "Ağ-qaralar"ın ötən tur "İnter"ə (1:3) məğlub olması azmış kimi, Nazim Süleymanov məhz həmin oyunda qırmızı vərəqə almaqla cəzalı duruma düşmüş Flavinyonun xidmətindən yararlana bilməyəcək. İki komanda arasında keçirilən ilk oyun qolsuz bərabərliklə başa çatmışdı.
Turun digər oyununda "Simurq" və "Qarabağ" üz-üzə gələcək. "Simurq" cari mövsümdə ilk dəfə Zaqatala şəhər stadionunda oyun keçirəcək. Təmir və yenidənqurma işləri ilə əlaqədar istifadəsinə qadağa qoyulan stadionun açılış oyunu asan olmayacaq. Belə ki, çempionluğa iddialı "Qarabağ" səfərdən xalla dönməyə çalışacaq. "Simurq"un Avropa iddiasını və son turda "Sumqayıt" (1:0) qələbəsini nəzərə alsaq, gərgin oyunun keçəcəyini demək olar. "Qarabağ"da isə demək olar ki, üzlər gülür. Admir Telli səfər oyununda forma geyməyəcək. Buna baxmayaraq son oyunu cəza səbəbindən buraxan Riçard Almeyda komandasına kömək edə biləcək. Ağdam və Zaqatala təmsilçiləri cari mövsümdə keçirilən ilk görüşdə meydanı qol vurmadan tərk etmişdi.
Hesabat turunun daha bir oyunu isə Lənkəranda baş tutacaq. "Xəzər Lənkəran" doğma azareşlər önündə AZAL-la münasibətlərinə aydınlıq gətirəcək. Son turda "Bakı" məğlubiyyəti ilə çalxanan Lənkəran təmsilçisi baş məşqçi Con Toşakla yollarını ayırdı. Xeyli müddətdi qələbəyə həsrət qalan cənublular bugünkü oyuna baş məşqçisiz çıxmalı olacaq. Komanda Emin Quliyevin başçılığı altında mübarizə aparacaq. Daim heyət problemi olan AZAL uğursuzluq seriyasından çıxmaq üçün qələbə qazanmağa çalışacaq. "Təyyarəçilər"lə cənubluların cari mövsümdəki ilk oyunu Vaqif Sadıqovun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatmışdı.
Xatırladaq ki, 15-ci turun açılış matçında "Qəbələ" səfərdə "Rəvan"ı minimal hesabla məğlub edib – 1:0.
Topaz Premyer Liqası
15-ci tur
30 noyabr (şənbə)
14:00. Bakı – İnter
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
17:00. Xəzər Lənkəran – AZAL
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Elşən Acalov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asim Xudiyev.
Lənkəran. “Xəzər Lənkəran” mərkəzi stadionu.
17:00. Simurq – Qarabağ
Hakimlər: Əliyar Ağayev, Vaqif Musayev, Zeynal Zeynalov, İnqilab Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Zaqatala şəhər stadionu.
17:00. Sumqayıt – Neftçi
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Coşqun Həsənov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Rövşən Əhmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
|
1
|
Qarabağ
|
14
|
8
|
5
|
1
|
25
|
8
|
+17
|
29
|
|
2
|
Qəbələ
|
15
|
9
|
2
|
4
|
22
|
13
|
+9
|
29
|
|
3
|
Neftçi
|
14
|
8
|
4
|
2
|
21
|
12
|
+9
|
28
|
|
4
|
Bakı
|
14
|
6
|
3
|
5
|
25
|
16
|
+9
|
21
|
|
5
|
İnter
|
14
|
6
|
2
|
6
|
24
|
19
|
+5
|
20
|
|
6
|
Simurq
|
14
|
4
|
6
|
4
|
12
|
12
|
0
|
18
|
|
7
|
AZAL
|
14
|
4
|
5
|
5
|
12
|
17
|
–5
|
17
|
|
8
|
XL
|
14
|
3
|
5
|
6
|
10
|
20
|
–10
|
14
|
|
9
|
Rəvan
|
15
|
1
|
6
|
8
|
8
|
26
|
–18
|
9
|
|
10
|
Sumqayıt
|
14
|
1
|
4
|
9
|
6
|
22
|
–16
|
7
|
Bombardirlər:
7 – Vaqif Cavadov (İnter)
6 – Əfran İsmayılov (Bakı)
6 – Mindauqas Kalonas (Bakı)
5 – Reynaldo (Qarabağ)
5 – Baçana Sxadadze (İnter)
5 – Bahodir Nasimov (Neftçi)
5 – Nikolas Gelaşvili (Qarabağ)
5 – Leonardo da Silva (Qəbələ)





