"Bavariya"nın futbolçusu Frank Riberi növbəti istehzalı açıqlamasıyla gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, o, "Real"ın (Madrid) 45 min azarkeşinin "Qalatasaray"la matçda Kriştianu Ronaldo maskası taxmasına münasibət bildirib:
“Mənim bu formada sevgi və dəstəyə ehtiyacım yoxdu. "Bavariya" azarkeşlərinin belə bir hərəkət etməsinə ehtiyac duymuram. Onsuz da onların məni nə qədər çox sevdiyini meydana çıxanda hiss edirəm".
Qeyd edək ki, Madrid klubunun azarkeşləri bu hərəkətləri ilə portuqaliyalı hücumçuya sevgilərini göstərməklə yanaşı, ona "Qızıl Top" mükafatını qazanması üçün dəstək olublar.





