Almaniya millisinin dünya çempionatında qazanacağı uğura görə alacağı mükafat açıqlanıb. Futbolinfo.az xəbər verir ki, Bundestim mundialın 1/4 finalına yüksələ bilməsə, komanda mükafatsız qalacaq.
 
Lakin turnirin 1/4 finalına yüksələcək yığmanın hər bir futbolçusuna 50 min avro pul mükafatı təqdim olunacaq. Yoahim Lövün komandası yarımfinala çıxacağı təqdirdə 100 min, finalda oynayacağı halda isə 250 min avro qazanacaq. Almaniya yığması dünya çempionatının qalibi olarsa, hər bir futbolçu 300 min avro ilə mükafatlandırılacaq.
 
Qeyd edək ki, 2010-cu ildə CAR-da keçirilən dünya çempionatında Almaniya millisinin çempionluğuna 250 min avro pul mükafatı vəd olunmuşdu.
Shares: