Bu gün Zaqatalada keçirilən Topaz Premyer Liqasının 15-ci turunun "Simurq" – "Qarabağ" oyununda bir məqam diqqət çəkib. Futbolinfo.az xəbər verir ki, əksər qarşılaşmalarda adətən hakimlərin təhlükəsizliyini qorumaq üçün PFL öz mühafizə xidmətinin əməkdaşlarından istifadə edirdi.
Amma bu oyunda həmin mühafizəçilərə rast gəlinməyib. Zaqatalaya ezam olunmuş əməkdaşımızın verdiyi məlumata görə, hakimləri sadəcə polis işçiləri müşaiyət ediblər.





