“Barselona" klubu “Çelsi"nin müdafiəçisi David Luisi heyətinə qatmaq üçün fəaliyyətə keçib. Futbolinfo.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Cari mövsümdə braziliyalı futbolçu London klubunun əsas heyətinə düşməkdə çətinlik çəkir. Buna görə də ingilislər başqa komandaların təkliflərini nəzərdən keçirməyə hazırdı.
Katalonlar artıq "Çelsi"yə müraciət ünvanlayıblar – onlar 26 yaşlı futbolçuya görə qarşı tərəfə 35 milyon funt ödəməyə hazırdı.





