Hollandiya Futbol Federasiyası (HFF) milli komandanın “Mançester Yunayted”də çıxış edən hücumçusu Robin van Persinin zədələnməsi ilə əlaqədar ingilis klubundan izahat istəyib. Futbolinfo.az xəbər verir ki, HFF-ni “MY”nin məşqçilər heyətinin iş üsulu maraqlandırır.
Onların fikrincə, çalışdırıcılar futbolçuların zədələnməsinə məsuliyyətsiz yanaşır, onları nəzərdə tutulduğundan artıq yükləyir.
Qeyd edək ki, əzələsi dartılan van Persi bir neçə həftə yaşıl meydanlardan kənarda qalıb. Onun nə zaman oynayacağı bəlli deyil. Hollandlar hesab edir ki, van Persinin zədəsi xroniki ola bilər. Belə olan halda futbolçu dünya çempionatının final mərhələsinə lazımınca hazırlaşa bilməyəcək.





