"Everton"un belçikalı hücumçusu Romelu Lukaku karyerası ilə bağlı önəmli açıqlama verib. Futbolinfo.az xəbər verir ki, mövsümün əvvəlində "Çelsi"dən Liverpul təmsilçisinə icarə əsasında transfer olunan Lukaku komandasının Çempionlar Liqasına vəsiqə qazanağı təqdirdə Liverpul klubunu tərk etməyəcəyini bildirib.
20 yaşlı futbolçu London təmsilçisindən ayrılmasının da səbəbini açıqlayıb: "Bir qərar verməli idim. Ya "Çelsi"də qalıb az forma şansı əldə etməli idim, ya da "Everton"a gəlib daha çox oynayacaqdım. Mən ikincini seçdim və bir futbolçu olaraq özümdə irəliləyiş əldə etdiyimi görürəm. Hazırda İngiltərədə hər kəs mənim haqqımda danışır".
Qeyd edək ki, "Çelsi"nin baş məşqçisi Joze Mourinyo həftə içi təşkil etdiyi mətbuat konfransında Lukakunu tənqid etmiş və nə üçün komandasını tərk etdiyini açıqlamasını istəmişdi.





